24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
- Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri
- minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
- yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
- mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
- motosiklеtlər və motorollerlər
- traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.
- trollеybuslar və tramvaylar
Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
- fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat
- üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat
Tanıtım videosunu burada izləyə bilərsiniz.